İyul 11, 2020 16:55 Asia/Baku
  • ABŞ-ın Yaponiyada onlarla hərbçisi koronavirusa yoluxub

Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasındakı hərbi bazada ABŞ-ın onlarla hərbçisi koronavirusa yoluxub.

SəhərAzəri Report-a istinadla xəbər verir, məlumatı Yaponiyanın NHK telekanalı yayıb.

Bildirilib ki, yoluxan hərbçilərin dəqiq sayı açıqlanmasa da, telekanal onların sayının 50 nəfərdən çox olduğuna dair məlumat yayıb. Koronavirusa yoluxanların prefekturanın Kemp Xansen bazası və Futemma aviabazasında olduqları bildirilib.

NHK-nın məlumatına əsasən, Okinavada ABŞ-ın koronavirusa yoluxan hərbçilərinin sayı 148-ə çatıb.

Teqlər