Avq 01, 2020 16:49 Asia/Baku
  • Tramp: Narazı kütləni dağılışmağa məcbur etmək üçün gücdən istifadə edəcəyik

ABŞ prezidenti Portlənd şəhərində irqçilik əleyhinə etiraz edənləri bir hədələyərək, onları gücdən istifadə etməklə təhdid etdi.

SəhərAzəri-nin bildirdiyinə görə İranın "Gənc Jurnalistlər Klubu"nun yaydığı məlumatda deyilir: Donald Tramp Portlənd şəhərini "terrorçu yuvası" və irqçilik əleyhinə etiraz edən şəhər əhalisini "terrorçu" adlandırmasından bir gün sonra, bir daha onlara hədə-qorxu gəlib. 

Tramp təhdid edərək deyib: Əgər Portlənd küçələrini tərk etməsəniz biz daha güclü vasitələrdən istifadə edəcəyik. 

Dolayısı ilə Portlənd şəhərinə qvardiya qüvvələrinin göndərilməsinə işarə edən Tramp bu hərəkətini "başqa çarəmiz yoxdur, çünki solçu ifratçılar müxtəlif şəhərlərdə iğtişaşlar törədirlər" deyə əsaslandırmağa çalışıb. 

Tramp sözlərinin davamında bəzi iğtişaşçıları peşəkar təxribatçı adlandırıb və onların atdıqları konserva qutularının polisə böyük xəsarət yetirə biləcəyin iddia edib. 

ABŞ-ın rəsmi dairələri ölkə şəhərlərini bürüyən irqçilik əleyhinə etiraz aksiyalarının yatırdılması üçün xüsusi təyinatlı qüvvələrin göndərilməsi məsələsinin Trampın seçimlərindən biri olduğunu bildirirlər. 

Teqlər