Avq 02, 2020 17:47 Asia/Baku
  • Kaliforniya meşə yanğınlarının cəngində

Ötən həftənin cümə günündən etibarən Kalifornaiyanın cənubunda başlayan meşə yanğınlarını cilovlamaq mümkün olmayıb, 8000 nəfər yaşayış yerini tərk etməyə məcbur olub.

SəhərAzəri-nin məlumatına görə, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir. 

Bu məlumata görə 8 mindən çox insan meşə yanğınları nəticəsində Riversayd məntəqəsindəki evlərini tərk etməyə məcbur olub. 

Riversayd Yanğınsöndürmə İdarəsi yanğının söndürülməsi üzrə səylərin davam etdiyini bildirərək, əhalidən ehtiyatlı olmalarını istəyib. 

Ötən cümə günündən Kaliforniyanın cənubunda başlayan meşə yanğınları 4 min hektardan çox meşə ərazisini külə çevirib. 

Teqlər