Noy 23, 2020 19:19 Asia/Baku
  • Tramp məğlubiyyətini qəbul etmədiyi üçün təzyiqə məruz qalıb

ABŞ prezidenti respublikaçı tərəfdarları tərəfindən bu ölkədəki son prezident seçkilərinin nəticələrini şübhə altına almaqdan çəkinmək üçün təzyiqə məruz qalıb.

SəhərAzəri xəbər verir, Nyu-Cersi ştatının sabiq qubernatoru və ABŞ prezidenti Donald Trampın etibarlı simalarından biri olan Kris Kristi Trampən hüquqi komandasının fəaliyyətinin xalqın çaşğılığına səbəb olduğunu bildirib.

Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri H.R McMaster də deyib: "ABŞ prezidentinin ziyanverici hərəkətləri "Elektoral Kollec"-ın üzvləri arasında şübhə toxumu səpir".

ABŞ prezident seçkiləri 3 noyabr tarixində keçirilib. Mediaların təxminlərinə görə, Co Bayden 306 elektoral səs qazanaraq, bu seçkilərdə qalib gəlib.

Ancaq Tramp hələ ABŞ-dakı prezident seçkilərindəki məğlubiyyətini etiraf etməyib və seçki saxtakarlığı mövzusunu gündəmə gətirməyə davam edir.

Tramp kampaniyası və Respublikaçılar Partiyasının bu ölkənin müxtəlif ştatlarında, prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı çoxsaylı şikayətləri yetərincə dəlil olmadığı üçün nəticəsiz qalıb.

Teqlər