Yan 12, 2021 11:51 Asia/Baku
  • Dünyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 11 mindən çox olub

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada epidemiyanın başlanğıcından bu günə qədər 1 953 182 nəfər COVID-19-dan vəfat edib.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, ötən sutka ərzində 660 min 993 nəfər yeni koronavirusa yoluxub, 11 min 61 nəfər isə dünyasını dəyişib. Epidemiyanın başlanğıcından bu günə qədər dünyada 91 milyon 328 min 321 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 65 milyon 334 min 316 xəstə sağalıb, 1 953 182 nəfər isə ölüb.

Amerika 23 milyon 143 min 197 nəfər koronavirus xəstəsi və 385 min 249 virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan (10 479 913), Braziliya (8 133 833), Rusiya (3 425 269), İngiltərə (3 118 518), Fransa (2 786 838), Türkiyə (2 336 476), İtaliya (2 289 021), İspaniya (2 111 782), Almanya (1 941 119), Kolumbiya (1 801 903), Argentina (1 730 921), Meksika (1 541 633) və Polşa (1 390 385) sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər