Yan 13, 2021 20:05 Asia/Baku
  • Pompeonun Avropaya səfəri qəflətən ləğv edilib

ABŞ dövlət katibi son dəqiqələrdə Avropaya səfərinin ləğv edilməsinin səbəbini, yaxın günlərdə keçiriləcək/ seçilmiş prezidentin inaqurasiyası və hakimiyyətin ötürülməsi adlandıırıb.

SəhərAzəri xəbər verir, ABŞ dövlət katibi Mayk Pompeonun Avropaya səfərinin ləğvinin səbəbləri barədəki bəyanatı Lüksemburqun xarici işlər naziri və Avropanın digər yüksək vəzifəli rəsmilərinin onunla görüşməkdən imtina etmələrindən sonra səsləndirilibdir.

Pompeo ABŞ-ın dövlət katibi kimi Avropaya son səfəri zamanı Lüksemburqun xarici işlər naziri Jan Asselborn və Brüsseldə Avropa Birliyinin digər yüksək vəzifəli diplomatları ilə görüşməli idi.

Ötən çərşənbə günü ABŞ konqresi qarşısındakı iğtişaşlarla bağlı Pompeonun qəti mövqe tutmaması bir çox tənqidlərlə müşayiət olunubdur.

Çərşənbə günü yanvarın altısında ABŞ prezidenti Donald Trampın tərəfdarları bu ölkə konqresinə hücum edərək, bir neçə saat müddətinə oranı ələ keçirdilər.

ABŞ-ın yeni prezidenti seçilən Co Baydenin "ABŞ tarixində ən qaranlıq gün" adlandırdığı yanvarın altısında baş vermiş hücum zamanı bir polis məmuru da daxil olmaqla azı beş nəfər öldürüldü.a

Teqlər