Yan 24, 2021 10:45 Asia/Baku
  • Çin 12 döyüş təyyarəsi ilə sərhədi pozdu

Çin 12 döyüş təyyarəsi ilə Tayvan hava məkanını pozub.

SəhərAzəri  Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin ordusuna aid 8 Xian H-6 tipli bombardmançı və 4 Şenyanq J-16 tipli döyüş təyyarəsi cənub-qərbdən Tayvanın hava məkanına müdaxilə edib. Bundan sonra Tayvan qırıcıları havaya qaldırılıb və Çin təyyarələrinə xəbərdarlıq edilib. Bir gündə bu qədər Çin döyüş təyyarəsinin hava məkanını pozması görünməz hadisədir”, - açıqlamada bildirilib.

Teqlər