Yan 25, 2021 18:23 Asia/Baku
  • ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

SəhərAzəri 525-ci qəzetə istinadən  xəbər veri ki, bu barədə məlumatı  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısının müavini Sergey Ryabkov ABŞ səfirinə Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumatla bağlı etirazını bəyan edib.

Rəsmi Moskva yanvarın 23-də Rusiyada baş vermiş iğtişaşlarla bağlı ABŞ səfirliyinin dərc etdiyi məlumatı ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.

Teqlər