Fev 28, 2021 23:04 Asia/Baku
  • ABŞ-ın Əfqanıstanda qalması və ya oradan çıxması üzrə çəkişmələr

ABŞ-ın Əfqanıstanda qalması və ya oradan çıxması üzrə çəkişmələr elə bir halda baş verir ki, hazırda amerikalılar Əfqanıstandakı hərbçilərinin sayını son iyirmi ildə minimum həddə endiriblər.

SəhərAzəri xəbər verir ki, Amerikanın Talibanla olan razılaşmasına əsasən, ABŞ hərbçilərinin Əfqanıstandan çıxmaları zamanı yaxınlaşdıqca, bu razılaşmanın uğursuzluğunun nişanələri daha çox üzə çıxır.

ABŞ-ın yeni prezidenti Co Bayden son zamanlar Amerikanın Talibanla olan razılaşmasının yenidən araşdırılacağından xəbər verdi və bu məsələ hazırda Qətərin Doha şəhərində keçirilən sülh müzakirələrinin dayandırılmasının əsas səbəblərindən biri olubdur.

Baydenin yeni hökuməti Amerikanın Talibanla razılaşmasının yenidən araşdırılacağından danışmaqda davam edir. Bu razılaşma Tramp hökuməti zamanı Talibanla imzalanıbdır.

Ekspertlərin fikrincə, xarici qüvvələr Amerikanın Talibanla razılaşmasına əsasən, Əfqanıstandan çıxmayacaqlar.

Bunlar, ötən 20 ildə Əfqanıstanda müharibə başlayan tərəf olan Ameirka hökumətinin son günlər Əfqanıstan hökumətinə təhvil verdiyi yüzlərlə tankdır.

Hər iki tərəf- həm Əfqanıstan hökuməti, həm də Taliban gəlibdir. Faktlar, Əfqanıstanın döyüş bölgələrində odlu yazın başlanacağından xəbər verir.

Teqlər