Apr 05, 2021 22:48 Asia/Baku
  • Çin Sakit okeanda ABŞ-a qarşı güc nümayiş etdi

Yaponiya Müdafiə Nazirliyinin Baş Qərargahı dünən (4 aprel) bildirib ki, Çinin təyyarədaşıyıcı gəmisi “Liaoning” və beş esminesi strateji Yaponiya su yolunu keçərək Sakit okeana daxil olub.

SəhərAzərinin məlumatına görə  Verilən açıqlamada, Çin donanmasının Naqasaki əyalətindəki Dancu adalarından 470 km cənub-qərbdə görüldüyü və donanmanın daha sonra Okinava adası və Miyako adasından 250 km məsafədə Miyako boğazını keçdiyi bildirilib.

 Çinin bu təşəbbüsü, Liaoning təyyarədaşıyıcı gəmisinin 2020-ci ilin aprelindən Yaponiyanın su marşrutunu ilk dəfə keçməsi hesab olunur. Bu təşəbbüs Şərqi Sakit Okeanda ABŞ-Avstraliya hərbi dəniz təlimindən bir neçə gün sonra baş verib.

 Çinin təşəbbüsü, ABŞ Donanmasının Hind və Sakit okeanlarda Yaponiya, Hindistan və Avstraliya ilə əməkdaşlığı artırması ilə gəlib. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hindistana səfərindən sonra, Teodor Ruzvelt Donanması 28-29 mart tarixlərində Hind okeanında Hindistan Dəniz Qüvvələri və Hava Qüvvələri ilə çoxtərəfli ortaq əməliyyat keçirdi.

 Çinin keçmiş yüksək hərbi məmuru bu yaxınlarda ABŞ-ın Çinə qarşı nüvə zərbələrinə cavab olaraq bu ölkə üçün müxtəlif ssenarilər açıqlayıb. Çinin keçmiş yüksək rütbəli hərbi məmuru və Pekindəki Pekin Universitetinin hazırkı professoru Vanq Cianqsu, belə demişdi: “Çin nüvə hücumunu dəf edə biləcəyini təmin etmək üçün iyirmi ildə dənizdə və quruda nüvə silahı üçün müdafiə qurmağa sərf etdi”.

 Çinin hərbi rəsmisi, ABŞ tərəfindən ölkəsinə nüvə hücumları variantına da toxunaraq, belə deyib: “Son 20 ildə etdiyimiz dəyişikliklər üzündən bu seçimin uğurlu olacağına əmin olmayacaqlar”.

 Çin, həmçinin 2015-ci ildə sualtıgəmilərini nüvə raketləri ilə təchiz edərək dənizdə güclü nüvə imkanları qurub.

 

 

Teqlər