Apr 08, 2021 17:33 Asia/Baku
  • Dünya Bankı Avropada koronavirus vaksininin paylanması tərzini tənqid edib

Dünya Bankının direktoru Avropada koronavirus vaksininin paylanmasının ləng prosesini tənqid edib.

SəhərAzəri xəbər verir ki, Devid Malpass deyib: Avropada koronavirus vaksininin paylanmasının ləng prosesi olduqca məyusedicidir və bu proses Almaniya iqtisadiyyatında təsir buraxa bilər.

Bu yüksək vəzifəli beynəlxalq rəsmi sonra deyib: Almaniya rəsmiləri 20 iri iqtisadiyyatın üzvlərinə bildiriblər ki, vaksinasiya problemləri ümumi daxili istehsala təsir göstərəcək.

İnsanların Latın Amerikasında və Karaibdəki nigaranedici vəziyyətinə toxunan Malpass bildirib ki, Amerikada vəziyyətin yaxşılaşması Avropa məhsullarına tələbin miqdarına kömək edə bilər.

Avstriya kansleri Sebastyan Kurts Avropa Birliyini üzv ölkələr arasında koronavirus vaksininin qeyri-bərabər şəkildə paylanmasında «çirkin oyun» oynamaqda ittiham edib. Bildirib ki, bir milyon doza «Sputnik V» vaksini satın almaq üçün Rusiya ilə danışıqlar aparıbdır.

Teqlər