Apr 09, 2021 16:35 Asia/Baku
  • Çin meydan oxudu: ABŞ-a imkan verməyəcəyik

Çin hökuməti ABŞ-ın sanksiya tətbiq etdiyi superkompüter istehsalçılarının müdafiəsi üçün tədbirlər hazırlayır.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib. O, Çinin ABŞ-a qarşı adekvat addımlar atacağını bildirib.

“ABŞ beynəlxalq yüksək texnologiyalar bazarında öz monopoliyasını qorumaq və hegemoniyasını təmin etməyə çalışır”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Çinin 7 texnologiya şirkətini qara siyahıya salıb. Vaşinqton bu şirkətlərin Çinin hərbi məqsədləri üçün superkompüter yaratdığını bildirib.

Teqlər