Apr 12, 2021 15:29 Asia/Baku
  • Kreml Zelenskinin Putinə müraciətindən də xəbərsizdir

“Kreml Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Vladimir Zelenski arasında danışıqlar üçün Kiyevdən gələn müraciətdən xəbərsizdir”.

SəhərAzəri “Qafqazinfo”dan nəql edir ki,  bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Xeyr, son günlərdə heç bir müraciət görməmişəm”,- deyə Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Reuters” V. Zelenskinin mətbuat katibi Yuliy Mendelə istinad edərək, Ukrayna liderinin Donbasdakı vəziyyəti müzakirə etmək üçün V. Putinə danışıqlar üçün müraciət göndərdiyini açıqlamışdı.

 

Teqlər