Apr 12, 2021 23:48 Asia/Baku
  • Zaxarova: Rusiya heç vaxt kosmik qələbələrin şöhrətini mənimsəmədi

Rusiya heç vaxt kosmik qələbələrin şöhrətini mənimsəmədi.Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə cavabında deyib.

SəhərAzəri axar.az-a istinadla xəbər verir ki, Mariya Zaxarova deyib:Peyklər, raketlər və Qaqarinin təbəssümü hamısı ümumi idi və SSRİ-nin bütün 15 respublikasına məxsus olub: Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniyaya. Alimlər, işçilər, müəllimlər, həkimlər, əsgərlər, inanılmaz bir hədəfi fəth etmək üçün çalışan hər kəs hamıya məxsus olub.

Onun sözlərinə görə, əslində Ukrayna rəhbərliyi tamamilə fərqli nailiyyətləri ilə tanınır:

"Çox təəssüf ki, müasir Kiyev rejiminin ən parlaq nailiyyətləri - yenilməz qəzəb, rusofobiya və millətçi ideologiyanın nasist rəmzləri ilə reinkarnasiyasıdır".

Qeyd edək ki, Zelenski Y.Qaqarinin kosmosa tarixi uçuşunda ukraynalı dizaynerlərin mühüm rol oynadığını bildirib.

 

 

 

Teqlər