Apr 19, 2021 12:20 Asia/Baku
  • Saakaşvili: Ukraynada indi baş verənlər 2008-ci ili xatırladır

Rusiyanın Ukrayna ilə sərhəddə fəaliyyəti 2014-cü ili yox, 2008-ci ili xatırladır.

SəhərAzəri:TASS xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Məndə dejavü hissi var. Bu dejavü 2014-cü il yox, 2008-ci il ssenarisinə daha çox bənzəyir. Əvvəlcə Ukraynanın şərqindəki kimi bir neçə il müharibə oldu. Sonra 2008-ci ilin əvvəlində çox sürətli eskalasiya başladı, yazda pikə çatdı, aqressiya avqustda baş verdi”, – deyə o bildirib.

Qeyd edək ki, Saakaşvili Gürcüstanda prezident olduğu zaman Rusiya ordusunun Tiflis yaxınlığına qədər girməsi və separatçı qurumlara dəstək adı ilə Gürcüstan ərazisinin işğalını xatırladır.

 

 

Teqlər