May 04, 2021 11:41 Asia/Baku
  • Blinken:

ABŞ-ın dövlət katibi Rusiyanı qisasla təhdid etdi.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət katibi Entoni Blinken Londonda Britaniyanın xarici işlər naziri ilə keçirdiyi ortaq mətbuat konfransında deyib ki, Rusiya aqressiv davranmağı seçsə, Birləşmiş Ştatlar qisas alacaq.

O sonra deyib: “Biz ikitərəfli münasibətləri gərginləşdirməyə çalışmırıq. Rusiya bu istiqamətdə irəliləyirsə, biz də hərəkət edirik. Düşünürəm ki, prezident Bayden prezident Putinlə görüşəndə bu barədə birbaşa danışmaq fürsəti əldə edəcək”.

O iddia edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden mümkün bir görüşdə Rusiya dövlətinin başçısı Vladimir Putinlə ikitərəfli münasibətlərin normallaşdırılmasını müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, ABŞ prezidentinin bu yaxınlarda rusiyalı həmkarı Vladimir Putini qatil adlandırdıqdan sonra iki ölkə əlaqələrindəki çatlar daha da dərinləşmişdir. 

 

Teqlər