May 08, 2021 01:21 Asia/Baku
  • NATO baş katibi rus hərbçilərin Ukrayna sərhədində olduqlarını iddia edib

NATO-nun baş katibi rus hərbçilərin hələ də Ukrayna sərhədində olduqlarını iddia edib.

Yens Stoltenberq dünən gecə Avropa Birliyinin müdafiə nazirlərinin iclasına daxil olmazdan öncə iddia edib ki, Rusiya öz hərbçilərində az sayda bir qrupu Ukrayna sərhədlərindən geri çəkib və Ukrayna ətrafındakı Rusiya qüvvələrinin sayı son çəkişmələrlə müqayisədə olduqca artıbdır.

Stoltenberq iddia edib ki, hələ də on minlərlə Rusiya qüvvəsi Krım yarımadasında yerləşir.

Ukraynalılar ötən həftələrdə Rusiyanı müştərək sərhədlərin ətrafında hərbi qüvvələr yerləşdirməkdə ittiham və iddia ediblər ki, Rusiyanın himayəsi altında olan müxaliflər Ukraynanın şərqində atəşkəsi sistematik şəkildə pozurlar.

Kiyev son zamanlar Amerikadan zirehli avtomobillər, tank əleyhinə raketlər və PUA-lara şamil olan bir neçə yüz milyon dollarlıq hərbi kömək alıb və onları Rusiya ilə sərhədin yaxınlığında yerləşdirib. Moskva da öz hərbi fəaliyyətlərini Kiyevin təhrikedici hərəkətlərinə reaksiya adlandırıb.

Bununla belə, Rusiya müdafiə nazirliyi iki həftə bundan öncə bildirib ki, bu ölkə qüvvələrinin Krım yarımadasındakı daimi bazalarından qayıtmaları başlanıbdır.

Teqlər