İyun 06, 2021 12:37 Asia/Baku
  • Amerika hakimiyyət illüziyasına qapılıb

«Amerika elə bilir ki, hər bir hərəkətlə mübarizə apara bilər». Bu sözləri vurğulayan Rusiya prezidenti Amerikanın başqaları qarşısında gücünün olması barədəki yanlış təsəvvürünü rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən,Vaşinqtonun Moskvaya qarşı son sanksiyalarına reaksiya verən Vladimir Putin bildirib ki, Amerika səhv olaraq digər ölkələrin təhdidlərini aradan qaldırmaq qüdrətinə malik olduğunu düşünür.

Rusiya prezidentinin təhlininə əsasən, ABŞ başçıları elə zənn edirlər ki, ölkələri/ siyasi, iqtisadi və hərbi baxımdan o həddədir ki, hər bir hərəkətlə mübarizə apara bilər.

«Belə bir cəmiyyətin problemi budur ki, onlar/ əgər səhv edərlərsə, bir problemin yaranmayacağı qədər qüdrətli olduqlarını zənn edirlər»-deyə Kremlin başçısı vurğulayıb.

«Biz hal-hazırda belə bir insanlarla sövdələşirik, amma savaşla onları təhdid edirik və problemləri elə bir yerə çatdıracağıq ki, daha onları həll etmək mümkün olmasın»-deyə Putin vurğulayıb.

Putinin bu sözləri amerikalı həmkarı Co Baydenlə Cenevrədə keçirəcəyi iclasdan bir neçə gün öncə söylənibdir.

Teqlər