İyun 09, 2021 13:33 Asia/Baku

Beynəlxalq Cinayət Məhkəməsi "Balkan Qəssabı" adı ilə tanınan Bosniya və Herseqovina serblərinin keçmiş komandiri Ratko Mladiçə çıxarılmış ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi, Ratko Mladiç ve onun vəkillərinin çıxarılmış hökmə qarşı şikayətlərini təmin etməyib və onları etibarlı faktsız və sübutsuz hesab edib.

Bosniya və Herseqovinada qanlı müharibə 1992-1995-ci illər arasında baş verib və bu müddət ərzində Mladiçin cinayətləri nəticəsində 100 min insan ölüb və 2,2 milyon insan didərgin düşüb.

Mladiç, həmçinin 200 BMT sülhməramlısını giro götürmək, Bosniya və Herseqovinada etnik təmizləmə əmri vermək və keçmiş Yuqoslaviya Respublikasının xorvatlarını, müsəlmanlarını və serb olmayan digər vətəndaşlarını ölkədən çıxarmaqda günahlandırılıb.

Mladiç, 16 il qanunun əlindən qaçdıqdan sonra 2011-ci ilin may ayında Serbiyanın təhlükəsizlik və kəşfiyyat agentləri tərəfindən həbs edilib.

Teqlər