İyun 10, 2021 14:15 Asia/Baku
  • Bayden Avropa səfərinə başlayıb

ABŞ prezidenti bu vəzifədə ilk xarici səfəri əsnasında Rusiyaya xəbərdarlıq edibdir ki, Moskvanın ziyanverici fəaliyyətlərdə iştirak edəcəyi halda bu ölkə «ciddi və qətiyyətli» nəticələrlə üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bir İngiltərə hava bazasında min nəfərlik qüvvələr və onların ailələri ilə söhbət edən Co Bayden deyib ki, gələn həftə NATO-ya və G7 qrupuna üzv ölkələr və Avropa ölkələri ilə ayrı-ayrı görüşlərdə öz rus həmkarı Vladimir Putinə açıq mesaj göndərəcək.

ABŞ prezidenti Ağ Ev-ə gələndən bəri öz ilk xarici səfərinə elə bir halda başlayır ki, o, Amerikanın NATO alyansına xələlgəlməz sədaqətini yüksək qiymətləndirərək, Rusiyaya xəbərdarlıq edibdir ki, ziyanverici fəaliyyətlərdə iştirak edəcəyi halda, «ciddi və qətiyyətli» nəticələrlə üzləşəcək.

Teqlər