Okt 14, 2021 14:44 Asia/Baku
  • İngiltərədə enerji böhranı davam edir

İngiltərədə enerji təqdim edən daha iki şirkət enerji böhranı nəticəsində fəaliyyətini dayandırıb.

Beləliklə, bu ökədə ötən ilin sentyabrından bu günədək enerji böhranı nəticəsində öz fəaliyyətini dayandıran şirkətlərin sayı on birə çatıb.

İngiltərədə enerji təqdim edən şirkətlərin məsələləri üzrə idarə- Ofgem-in bildirdiyinə görə, «Pure Planet» və «Colorado Energy» şirkətləri bu ölkənin enerji bazarından çıxıblar.

«Pure Planet» şirkətinin İngiltərədə 235 min müştərisi var və onun paylarının 24 faizi «BP» şirkətinə aiddir.

«Colorado Energy» şirkətinin isə İngiltərədə on beş min topdansatış müştərisi var.

İngiltərə boyu işıq və qazın paylanması üzrə məsul şəxs- Nikola Medalova iddia edib ki, 2030-cu ilədək başa vurmaq və Avropanın şimal-qərbində milyonlarla evin işığını təmin etmək istiqamətində Şimal dənizində elektrik enerjisi istehsalı üzrə adanın inşası üçün iki digər şirkətlə danışıqlar aparılır.

İngiltərədə neft məmulatları üzrə satıcıların etirazı ilə yanacaq çatışmazlığı böhranının üçüncü həftəsi hökumətin bu problemin aradan qaldırılması üzrə vədlərinin reallaşmadığı bir halda başlanıb.

İngiltərədə yanacaq böhranının miqyası bu ölkə üçün siyasi, iqtisadi və sosial problemlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq.

İNGİLTƏRƏDƏ ENERJİ BÖHRANI DAVAM EDİR