Noy 25, 2021 12:18 Asia/Baku
  • Amerika Mərkəzi Kəşfiyyat İdarəsi
    Amerika Mərkəzi Kəşfiyyat İdarəsi

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin rəisi bu təşkilatın işçiləri və diplomatlar arasında Havana sindromu adlandırılan xəstəliyin yayılmasında Moskvanın əlinin olmasının ehtimal edilən nəticələri haqda Rusiyaya xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Uilyam Byorns Rusiya rəsmilərinə xəbərdarlıq edibdir ki, Amerikanın diplomatik korpusuna və onların ailə üzvlərinə zərər yetirmək adi bir davranış deyildir.

Belə bir halda, Rusiya dəfələrlə Havana sindromuna tutulma hallarının baş verməsində hər hansı rola malik olmasını rədd edibdir.

Bundan öncə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi MKİ-nin yüzə yaxın zabiti və onların ailə üzvlərinin Havana sindromuna tutulduqlarını təsdiq edibdir.

Bayden hökumətində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi bildiribdir ki, o, sindromun səbəbi və məsuliyyətini müəyyən etmək üçün təşkilatın səylərini gücləndiribdir.

Vaşinqtonun indiyədək yüzlərlə amerikalı rəsmini problemlə üzləşdirən Havana sindromu xəstəliyi müəmmasının həllində aciz qalması ABŞ Dövlət Departamentində bu xəstəlik barədə təhqiqat üzrə məsul şəxsin kənarlaşdırılması ilə nəticələnibdir.

ABŞ-ın dövlət katibi Entoni Blinken Conatan Mooru bu xəstəlik barədə təhqiqat sahəsində ABŞ Dövlət Departamentinin yeni koordinatoru kimi təqdim edib.

2016-cı ildən bəri müxtəlif ölkələrdə 200-dən yuxarı amerikalı rəsmi bu xəstəliyə düçar olub.

Bu sindromun Havana sindromu kimi tanınmasına səbəb, onun ilk dəfə Amerika və Kanadanın Havanadakı səfirliklərində müşahidə və qeydə alınması olubdur.

2017-ci ildə Amerikanın sabiq prezidenti Donald Tramp Kubanı bu əlamətlərə bais olan naməlum hücumlar həyata keçirməkdə ittiham etdi və Birləşmiş Ştatlar Kubadakı səfirliyinin işçilərinin sayını minimuma endirdi.