Noy 25, 2021 13:18 Asia/Baku
  • Lavrov-Mirzoyan-
    Lavrov-Mirzoyan-

Ermənistan və Rusiyanın xarici işlər nazirləri bir telefon söhbətində Dağlıq Qarabağ döyüşləri barədə məşvərət ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ararat Mirzoyan və Sergey Lavrov dünən bu söhbətdə münaqişəli Qarabağ bölgəsindəki döyüşlərin əhatəli şəkildə həlli vacibliyinə təkid və Ermənistan-Azərbaycan Respublikası sərhədindəki son hadisələr barədə məşvərət ediblər.

Ermənistan və Rusiyanın xarici işlər nazirləri həmçinin 2020-ci il on noyabr və 2021-ci il on bir yanvar tarixlərində Rusiya və Azərbaycan Respublikasının prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda qeyd edilən öhdəliklərin tam şəkildə yerinə yetirilməsi istiqamətində görülmüş işlər ətrafında fikir mübadiləsi aparıblar.

Belə bir halda, Kreml bildiribdir ki, Rusiya, Azərbaycan Respublikası və Ermənistan başçıları sabah- noyabrın 26-da Soçidə keçiriləcək görüşdə Qarabağda atəşkəs razılaşmasının yerinə yetirilməsi prosesi və Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və sabitliyinin təmini ilə bağlı qarşıdakı addımlar ilə əlaqədar məsələləri araşdırmalıdırlar.

Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasındakı döyüşlər 2020-ci il sentyabrın 27-də münaqişəli Qarabağ bölgəsində başlandı və həmin ilin on noyabrında Rusiyanın vasitəçiliyi ilə başa çatdı, amma sülh razılaşmasının imzalanmasına rəğmən, iki tərəf dəfələrlə bir-birilə toqquşubdur.

 

Teqlər