Noy 25, 2021 13:53 Asia/Baku
  • Rusiyada şaxtada 11 nəfər ölüb

Rusiyada şaxtada baş verən qəza nəticəsində ölənlərin sayı artmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı artır.

APA-nın TASS-a istinadlı məlumatına görə, xilasetmə xidmətindən bildirilib ki, ölənlərin sayı 11-ə çatıb.

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində şaxtada tüstülənmə bu gün səhər saatlarında olub.

İlkin məlumatlara görə, region hökuməti administrasiyası öncə bildirmişdi ki, “Listvyajnaya” şaxtasında baş vermiş hadisə zamanı, 1 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Prokurorluqdan bildirilib ki, hazırda xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb.

Hadisə yerinə sanitar vertolyotu ilə həkim briqadası göndərilib.

Qəzanın səbəbləri araşdırılır.

Teqlər