Yan 04, 2022 18:40 Asia/Baku
  • ABŞ yəhudilərin
    ABŞ yəhudilərin

Bir qrup amerikalı yəhudi Fələstin xalqı ilə həmrəylik elan etmək üçün bu ölkədə aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Nyu-Yorkda əllərində Fələstin bayrağı tutan ortodoks yəhudiləri cəmiyyətinin üzvləri yürüş keçiriblər.

Fələstin xalqı ilə həmrəylik elan edən aksiyaçılar sionist rejimə etiraz ediblər.

Etirazçı yəhudilərin sionist rejimə qarşı daşıdıqları plakatların üzərlərində bunlar yazılmışdı: «İsrail dünya yəhudilərinin nümayəndəsi deyil!», «Anti-sionist, anti-yəhudi deyil!», «Həm indi, həm də keçmişdə sionistlər savaş törətdilər!», «İsrail və onun hərəkətləri həll yolu deyil, əksinə antisemitizmə bais olur!» və «İsrail ordusu antisemitizmi qızışdırır!»

 

Teqlər