Yan 15, 2022 09:25 Asia/Baku
  • Peskov şayiələrə son nöqtəni qoydu

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Qazaxıstan ssenarisinin Özbəkistan variantı barədə gedən şayiələri cəfəngiyyat adlandırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov deyib ki, Rusiya Özbəkistanda hadisələrin Qazaxıstan ssenarisi üzrə inkişafının mümkün olub-olmaması ilə bağlı müzakirələrdə iştirak etmir.

Peskov “Qazaxıstan ssenarisi”nin Özbəkistanda təkrarlanması imkanının müzakirəsini Minsk və Daşkənd arasında ünsiyyət mövzusu adlandırıb. Eyni zamanda Rusiya rəsmisi Rusiya Federasiyasının bu müzakirədə iştirak etmədiyini vurğulayıb.

Qeyd edək ki, KTMT-nin fövqəladə iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bildirmişdi ki, təşkilat ölkələri Qazaxıstanda baş verən etiraz aksiyalarından dərs götürməlidirlər. O, bunu deməyə imkan verən "operativ məlumatlara" istinad edərək, Özbəkistanın bu vəziyyətə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.

Bu arada Rusiya mediasına açıqlamasında Rusiya İqtisadiyyat Universitetinin Daşkənd filialının dosenti Rövşən Nəzərov xatırladıb ki, Özbəkistanın silahlı qüvvələri və hüquq-mühafizə orqanları təxribatçıların vəziyyəti sabitləşdirmək üçün istənilən cəhdini dəf edəcək qədər güclü və bacarıqlıdır.

Teqlər