May 13, 2022 11:56 Asia/Baku
  • Robert Habek
    Robert Habek

Almaniyanın iqtisadiyyat naziri bildirib ki, bu ölkə hal-hazırda Rusiyadan qaz idxalını boykot edə bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, Robert Habek deyib: Almaniya hələ Rusiya qazını tam şəkildə boykot etməyə hazır deyil. Berlin belə bir addım atmazdan öncə bir çox işlər görməlidir.

Almaniyanın iqtisadiyyat naziri əlavə edib ki, Rusiyadan qaz idxalına vaxtındanqabaq qadağa, dünya bazarlarında qiymətlərin artmasına və ehtimal üzrə, əmtəə mal təmini halqasında pozuntunun yaranmasına bais ola bilər.

Habek qeyd edib: Biz infrastrukturları sürətlə qurmalıyıq ki, Rusiyanın nefti və qazı üçün alternativ mənbələr idxal edə bilmiş olaq.

Amerikanın maliyyə naziri Cenet Yellen keçən həftə bildirdi ki, Avropa Birliyinin Rusiyadan neft idxalına sanksiyalar tətbiqetmə planı bu məhsulun dünya bazarlarındakı qiymətinin artmasına gətirib çıxara bilər, amma Vaşinqton yetərincə neft təqdimatına əmin olmaq üçün Avropa ilə əməkdaşlıqda əzmkardır.

 

Teqlər