May 13, 2022 15:30 Asia/Baku
  • “Başqa dövlətlərin Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb etmək həyasızlıqdır”

Rusiya XİN rəhbəri jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, sanksiyalar əlaqələri pozmaq rolunu oynamaq üçün nəzərdə tutulub və Qərb bunu gizlətmir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN başçısı deyib: “Başqa dövlətlərin Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edən Qərb ölkələrinin mövqeyi həyasızlıq və tərbiyəsizlikdir”.

 "Sanksiyalar əlaqələri pozmaq rolunu oynamaq üçün nəzərdə tutulub və Qərb bunu gizlətmir. Amerikalılar Mərkəzi Asiya ölkələrini müxtəlif səviyyələrdə toplayanda birbaşa deyirlər ki, siz Rusiya ilə əməkdaşlığı davam etdirməyə cəsarət etməməlisiniz. Rusiya onsuz da dağıdılmış ölkədir, ona görə bizə inanın. Çin haqqında da eyni şeyi deyirlər. Çünki Çinin Qərb sanksiyalarını pozmağa cəsarət etməyəcəyini iddia edirlər. Bu, hədsiz özünəəminlik, həyasız və tərbiyəsiz mövqedir. Mən qərbli həmkarlarımızın hərəkətlərini belə adlandıracağam", - deyə o, MDB Nazirlər Şurasının iclasının yekununda bildirib.

Rusiya XİN rəhbəri deyib ki, Qərb ölkələri MDB, KTMT, ŞƏT daxilində müttəfiqlik münasibətlərinə xələl gətirməyə çalışırlar: "Biz qərbli həmkarlarımızın - ABŞ, Aİ, NATO üzvlərinin Mərkəzi Asiya regionu ilə bağlı cəhdlərini nəzərə alaraq vəziyyəti müzakirə etdik.

Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir.

 

 

Teqlər