Mart 18, 2023 22:00 Asia/Baku
  • Fransa Makron diktaturasına qarşı qiyama qalxdı
    Fransa Makron diktaturasına qarşı qiyama qalxdı

Parlamentdə səs verməmək və Fransa hökuməti öz rəyini bildirmək üçün Konstitusiyanın 49-cu maddəsinin 3-cü qeydinə müraciəti on minlərlə qəzəbli fransız və hökumət əleyhdarlarının öncədən planlaşmamış şəkildə küçələrə axışması üçün sanki bir tətik oldu.

SəhərAzəri-nin məlumatına əsasən, Paris, Marsel, Bordour, Lion, Albin, Nant və Man şəhərləri gecə dəhşətinə səhnə olan Fransa şəhərləri arasında idi.

Qəzəbli insanlar avtomobilləri və zibil qutularını yandıraraq polis qüvvələrinə qarşı mübarizəyə başladılar... Fransa mediası isə, Makronu bu siyasi böhranın və sosial xaosun əsas günahkarı hesab etdi.

1-ci adam: Hökumət bu iyrənc qanun layihəsini zorla xalqa yeritmək istəyir.. Makron və onun nazirləri xalqı başa düşməyən axmaq diktatorlardır.

Müxbir: Fransa Daxili İşlər Nazirliyinin hesabatına əsasən, ötən gecə baş verən qarşıdurmalar və iğtişaşlar zamanı 310 nəfər həbs edilib ki, onlardan 258-i Parisdədir.

Xatırladaq ki, cümə günü səhər saatlarına qədər Parisin arxa küçələrini tüstü və yanğın alovu bürüyüb... diktatorist Makronun siyasətinə etiraz edənlərin səbəb olduğu odlu alovlu gecə yaşandı.