May 26, 2023 17:18 Asia/Baku
  • ABŞ «Xeybər» raketinin təqdimatına reaksiya verib

Amerika Dövlət Departamentinin yeni sözçüsü Metyu Miller «Xeybər» raketinin təqdimatına reaksiyada onu bir təhdid adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Üç xordad- iyirmi dörd may, Xürrəmşəhrin azad edilməsinin ildönümü günü münasibətilə İran Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatının ən yeni raket məhsulu olan «Xeybər» adlı "Xürrəmşəhr 4" raketi dünən səhər ölkənin müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiyaninin iştirakı ilə təqdim edilib.«Xürrəmşəhr» raket qrupunun ən yeni versiyası olan «Xeybər» raketi, strateji xüsusiyyətlərə malik olmaqdan əlavə, taktiki özəlliklərə də malikdir.

İki min kilometrlik mənzillə və min beş yüz kiloqramlıq döyüş başlığına malik olan raket maye yanacaqla işləyir.Amerika Dövlət Departamentinin yeni sözçüsü cümə axşamı günü Vaşinqtonda müxbirin Amerika Birləşmiş Ştatlarının İranın yeni raketinin təqimatına reaksiyası ilə bağlı sualına cavab verib. İddia edib ki, İran tərəfindən ballistik raketlərin inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik üçün ciddi bir xətər sayılır.İranın raket proqramının daha da inkişaf etməsi və bu ölkənin həmin raketləri və onların texnologiyalarını başqalarına təqdimetmə qabiliyyətinin qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla müxtəlif yayılmama vasitələrindən istifadə etməyə davam edəcəyik.

Teqlər