Avropada miqrant böhranı davam etməkdədir
Danimarka baş naziri BMT-nin miqrantların böhranının həlli üçün müdaxilə etməsinin vacibliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Danimarkanın baş naziri Lars Lokke Rasmussen bu ölkə televiziyasına verdiyi müsahibədə bildirib: Avropanın miqrantların sayının artmaqda olması böhranı ilə üzləşdiyi hazırkı vaxtda BMT-nin addım atması üçün ən yaxşı dövrdür.
O deyib: Əgər Avropada miqrantların hazırkı şəraiti bundan da pisləşərsə, BMT-nin miqrantlar konvensiyasına yenidən baxılmasını müzakirə etməliyik.
Danimarka baş naziri bildirib: BMT-nin miqrantlar konvensiyası 1951-ci ildə təsdiqlənib və bu konvensiyaya yenidən baxılmalıdır ki, ilk ölkəyə sığınan miqrantların hüququ müəyyənləşsin.
Lars Lokke Rasmussen Danimarkada miqrant qanunlarının sərtləşdirildiyini vurğulayaraq bildirib: Danimarkada müxtəlif partiyalar miqrantlar, xüsusilə də qeyri-qanuni şəkildə bu ölkəyə daxil olan miqrantların qarşısının alınmasını istəyirlər.
Bundan öncə Danimarkanın miqrantların məsələləri üzrə naziri İnir Stoyberq də qalmaqallı açıqlamasında bildirmişdi ki, miqrantların dəyərli əşyaları polis tərəfindən zəbt olunmalı və mənzil, dilin öyrənilməsi, səhiyyə və onlara kursların keçirilməsi xərclərinn təmin olunması üçün istifadə olunmalıdır.
Xanım İnir Stoyberq iddia edib ki, bu layihənin icraı ilə miqrantlar danimarkalı işsizlərlə eyni səviyyədə olur. Buna əsasən, Danimarkada işsizlər işsizlik imtiyazları və xidmətlərindən yalnız 1453 dollardan baha olan əşyaları olmadığında istiadə edə bilərlər.
Danimarkada ikinci ən böyük partiya olan və miqrasiya əleyhinə olan Danimarka Xalqı partiyasının dəstəklədiyi bu planın gələn ayda təsdiqlənəcəyi gözlənilir.
Danimarkadakı miqrantların sayı Almaniya və İsveçlə müqayisədə diqqəti cəlb edəcək dərəcədə artmışdır. Bu məsələ Danimarka rəsmilərinin nigaranlığına səbəb olmuşdur.
Məlumatlara əsasən cari ildə 150 min nəfər miqrant olaraq Danimarkaya gedib. Bu rəqəm ötən il təkcə 18 min nəfər olub.
Avropa rəsmilərinin miqrant böhranının həlli üzrə səylərinin davamında, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer bildirib: Beynəlxalq münaqişələrin genişlənməsi və miqrantların sayının artması Avropa üçün vahid ordunun təşkil olunmasını qaçılmaz edib.
O Avropada müştərək təhlükəsizlik və hərbi məqsədlərə daha artıq diqqətin yetirilməsini vurğulayaraq deyib: Avropa Birliyinə üzv ölkələrdən hər birində ordu üçün xərclənən hərbi büdcə təsirli şəkildə istifadə oluna bilər.
Almaniya xarici işlər naziri bundan öncə də Avropa ölkələrinin sərhədlərinə əlavə nəzarətin tətbiq olunması və bu ölkə sərhəd qüvvələrinin gücləndirilməsini istəyib.
Yaxın Şərq və Şimali Afrika ölkələrindən yüz minlərlə miqrantın təhlükəsiz sığınacaq tapmaq üçün Avropaya hücum çəkməsi bu qitəni analoqu olmayan böhranla üzləşdirib.
Verilən son statistikaya əsasən 2015-ci ildə bir milyondan çox miqrant Avropaya daxil olub. Bu rəqəm, 2014-cü illə müqayisədə dörd qat çoxdur.
Afrika və Yaxın Şərqdən təxminən 3700 miqrant Avropaya doğru hərəkət etdiyi zaman Aralıq dənizində həyatını itirmişdir.
Avropa ölkələri BMT-nin miqrantlar konvensiyasına əsasən miqrantları qəbul etmək və dəstəkləmək məcburiyyətindədirlər. Halbuki qərb ölkələri müxtəlif bəhanələrlə, o cümlədən bu miqrantların iqtisadi motivi olması və yaxud qeyri-qanuni miqrant hesab olunduğuna görə, bu məsuliyyətdən boyun qaçırmaq ardıncadırlar.
BMT Avropa ölkələri tərəfindən miqrantların qəbul olunmasının dayandırılması barədə xəbərdarlıq edib.