Yan 13, 2021 11:22 Asia/Baku
  • Trampın hakimiyyətdən kənarlaşdırılması barədə qətnamə qəbul olunub

Amerika Konqresinin Nümayəndələr Palatası üzvlərinin əksəriyyəti ABŞ konstitusiyasına 25-ci düzəlişə istinadən bu ölkə prezidentinin vəzifəsindən kənarlaşdırılması haqqında qətnamənin lehinə səs verib.

SəhərAzəri xəbər verir, Amerika Konqresinin Nümayəndələr Palatası yerli vaxtla çərşənbə axşamı günü axşamçağı Merilend ştatından olan demokrat nümayəndə Cimmi Raskin tərəfindən təqdim olunmuş qətnaməni qəbul edərək, bu ölkənin vitse-prezidenti Mayk Pensdən istəyibdir ki, prezidentin kənarlaşdırılması üzrə əsas qanuna 25-ci düzəlişin dördüncü maddəsinə əsasən, dərhal öz gücü və ixtiyarlarından istifadə etsin.

Bu qətnamə elə bir halda qəbul edilibdir ki, yerli vaxtla çərşənbə axşamı gününün əvvəllərində Pens Amerika Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə məktubunda Trampın istefası ilə bağlı 25-ci düzəlişi aktivləşdirmək istəyini rədd etmişdi.

Pelosi də öncədən xəbərdarlıq etmişdi ki, Pensin konstitusiyaya 25-ci düzəlişi fəal etməkdən imtina edəcəyi təqdirdə, konqresin növbəti seçimi, Trampın impiçmentinə doğru hərəkət olacaqdır.

Nümayəndələr Palatasının demokratları bu gün iğtişaşa təhrik ittihamı ilə Trampın impiçmenti layihəsi haqda səsvermə keçirmək niyyətindədirlər.

Trampın prezidentlik dövrü 2021-ci il yanvarın iyirmisində başa çatır.

Bu müddət bitməzdən öncə impiçment ediləcəyi halda, Tramp senatın qərarı ilə Amerika Birləşmiş Ştatlarında istər seçki, istərsə də təyinat üzrə hər cür federal vəzifəni tutmaq hüququndan məhrum edilə bilər.

Tramp yanvarın 6-da konqresin senatla birgə iclasını çaxnaşmaya çəkmək üçün tərəfdarlarını qızışdırmaqla nəinki öz vəzivəsində bərpa olunmadı, əksinə prezidentlik ofisini tərk etməzdən öncə vəzifəsindən kənarlaşdırılma və impiçment biabırçılığı ilə üzləşdi.

 

Teqlər