ABŞ‑ın İran üzərində təzyiq alətləri bir- birinin ardından uğursuzluğa düçar oldu və əldə edilən anlaşma Tehranın şərtlərinə daha yaxındır
https://azeri.sahartv.ir/news/dünya-i423010-abŞ_ın_İran_üzərində_təzyiq_alətləri_bir_birinin_ardından_uğursuzluğa_düçar_oldu_və_əldə_edilən_anlaşma_tehranın_şərtlərinə_daha_yaxındır
Beynəlxalq münasibətlər üzrə ekspert professor Jiang Şüe Cin öz təhlilində bildirir ki,, faktlar ABŞ-ın İran qarşısında məğlub olduğunu göstərir. Onun sözlərinə görə, əgər hava hücumu uğurlu olsaydı, mühasirəyə ehtiyac qalmazdı; əgər mühasirə uğurlu olsaydı, anlaşma sənədinə ehtiyac olmazdı. Bu ardıcıllıq hekayənin mahiyyətini izah edir.
(last modified 2026-07-02T14:50:09+00:00 )
İyul 02, 2026 18:48 Asia/Baku
  • ABŞ‑ın İran üzərində təzyiq alətləri bir- birinin ardından uğursuzluğa düçar oldu və əldə edilən anlaşma Tehranın şərtlərinə daha yaxındır

Beynəlxalq münasibətlər üzrə ekspert professor Jiang Şüe Cin öz təhlilində bildirir ki,, faktlar ABŞ-ın İran qarşısında məğlub olduğunu göstərir. Onun sözlərinə görə, əgər hava hücumu uğurlu olsaydı, mühasirəyə ehtiyac qalmazdı; əgər mühasirə uğurlu olsaydı, anlaşma sənədinə ehtiyac olmazdı. Bu ardıcıllıq hekayənin mahiyyətini izah edir.

Üç əsas təzyiq aləti yəni hava gücü, dəniz gücü və iqtisadi sanksiyalar — bir‑bir tətbiq olundu, lakin heç biri İranı təslim olmağa məcbur edə bilmədi. 
Nəticədə ABŞ elə bir anlaşmaya doğru getdi ki, bu sənəd Vaşinqtonun ilkin tələblərindən daha çox, Tehranın qırmızı xətlərinə yaxın idi.

Bu fakt göstərir ki, ABŞ‑ın “mütləq üstünlüyü” barədə bəzi təhlillər real vəziyyətlə üst‑üstə düşmür və ABŞ‑ın hərbi gücünün də ciddi məhdudiyyətləri var.