Fev 24, 2016 10:37 Asia/Baku
  • Ankara terror aktını törədən şəxsin kimliyi açıqlandı
    Ankara terror aktını törədən şəxsin kimliyi açıqlandı

Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu ölkənin paytaxtı Ankarada terror aktı törədən şəxsin "DNA" testləri zamanı həmin şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Anadolu xəbər agentliyi Türkiyənin təhlükəsizlik rəsmilərinə istinadla bildirib ki, terror aktını törədən şəxsin DNA testi nəticəsində həmin şəxsin kimliyi müəyyən edilib. Bu şəxs Abdulbaki Sumer adlı bir Türkiyə vətəndaşı imiş.

Ankaranın mərkəzində bomba quraşdırılmış bir avtomobil ilə törədilən dəhşətli partlayış zamanı 29 nəfər həyatını itirmiş, 60 nəfər isə yaralanmışdı.

Bu hadisənin ardınca Abdulbaki Sumerin atası Musa Sumer canlı bombanın oğlu olduğunu bildirmiş və bunun ardınca hər iki şəxsdən alınan nümunələr üzrə aparılan DNA testləri qarşılaşdırılmışdır. Beləliklə canlı bombanın Abdulbaki Sumer olduğu qətiləşmişdir.

Türkiyə rəsmiləri bundan öncə hadisəni törədən şəxsin Saleh Nəccar adlı Suriya vətəndaşı olduğunu bildirmişdilər.

Teqlər