Miqrantlardan müdafiə üçün avstriyalı qadınlar arasında bibər qazı pulsuz paylanır
Avstriya parlamentində ifratçı sağçı partiyanın iki deputatı miqrantların qadınlara hücum etməsi iddiası ilə onlar arasında pulsuz bibər qazı paylayıblar.
Press TV-nin məlumatına görə, bu iki deputat Vyanada parlament binası qarşısında təxminən 200 ədəd bibər qazını qadınlar arasında paylayıb.
Onlar hökumətin miqrant siyasətlərini pisləyərək iddia ediblər ki, vətəndaşlar bu siyasətlərlə az təhlükəsizlik hiss edirlər. Onlar rəsmilərdən sərhədlərə əlavə nəzarət tətbiq etməklə bütün miqrantların Avstriyadan çıxarılmasını istəyiblər. Ötən bir il ərzində əksəriyyəti Suriya vətəndaşı olan miqrantların Avropaya axını Avropada islama və miqrantlara qarşı emosiyalar diqqəti cəlb edəcək dərəcədə artmışdır.
Ötən yanvar ayında Almaniyanın Köln şəhərində bir neçə təcavüz halı baş verdi və bu miqrantlarla əlaqələndirildi. Əlbəttə araşdırmalardan sonra bəlli oldu ki, bu hadisələrdə şübhəli bilinən 58 nəfərdən yalnız üç nəfəri miqrantdır.