Mart 27, 2016 16:34 Asia/Baku
  • Yunanıstan-Makedoniya sərhədində mühacirlərin aksiyası keçirilib
    Yunanıstan-Makedoniya sərhədində mühacirlərin aksiyası keçirilib

Yunanınstan-Makedoniya sərhəd məntəqəsindəki düşərgədə yerləşmiş mühacirlər Yunanıstan polisinin sərhədi bağlamasına etiraz olaraq insan zənciri təşkil ediblər.

Euronyus informasiya kanalının verdiyi məlumata görə, mühacirlər bu gün bazar, Yunanıstan polisinin bu ölkə sərhədlərini bağlamasına etiraz olaraq, sərhəd məntəqəsində insan zənciri təşkil ediblər.

Yunanıstan polisi bazar günü mühacirlərin İdomeni sərhəd keçid məntəqəsinə doğru irəliləməsinə mane olub.

Mühacirlər Yunanıstan polisinin zorakılığa əsaslanan davranışlarına etiraz ediblər.

Yunanıstan rəsmiləri cümə günü İdomeni sərhəd şəhərindəki düşərgədən mühacirlərin köçürülməsinə başlayıblar.

İdomeni şəhəri Yunanıstan-Makedoniya sərhəd məntəqəsində yerləşir. Bu şəhərdə 12000 mühacir çadır şəhərciyində yerləşdirilib.

Yunanıstan polisinin bütün tədbirlərinə baxmayaraq, yalnız 400 mühacir bu düşərgəni tərk etməyə razı olub.

Avropada polisin mühacirlər ilə kobud rəftar etməsi insan haqlarını müdafiə edən təşkilatların etirazlarına səbəb olub.

Teqlər