Dek 27, 2016 18:35 Asia/Baku
  • Tramp BMT-ni təkrar tənqid edib
    Tramp BMT-ni təkrar tənqid edib

Amerikanın seçilmiş prezidenti deyib: BMT adamların bir yerə toplaşması üçün kluba çevrilib.

İRNA-nın verdiyi məlumata görə, Donald Tramp deyib: Birləşmiş Millətlər Təşkilatının böyük potensialı var amma hal hazırda insanların bir yerə toplaşaraq söhbətləşməsi və xoş övqat keçirməsi üçün bir kluba çevrilib ki bu da çox kədərləndirici haldır. 

Deyilənlərə görə Tramp bu sözləri BMT-nin Təhlükəsizlik Şurasının Sionist rejimə qarşı, işğal olunmuş ərazilərdə sionist qəsəbələrin salınmasının dayandırılmasına dair qətnaməsinə münasibət bildirərkən söyləyib. Həmin qətnaməyə Amerika bitərəf səs vermişdi. 

BMT TŞ dekabrın 23-də Sionist şəhrciklərin salınmasını pisləyən qətnaməni 14 müsbət və Amerikanın 1 bitərəf səsi ilə təsdiqlədi. 

Bu qətnaməyə əsasən sionist rejim dərhal işğal olunmuş Fələstin ərazilərində o cümlədən də şərqi Qüdsdə yəhudi qəsəbələrinin salınması əməliyyatını dayandırmalıdır. 

Teqlər