Noy 02, 2017 19:31 Asia/Baku
  • BMT İraq dövlətini İŞİD-i Mosulda törətdiyi əməllərə görə cinayət işinə cəlb etməyə çağırıb
    BMT İraq dövlətini İŞİD-i Mosulda törətdiyi əməllərə görə cinayət işinə cəlb etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatı İraq dövlətini terrorçu İŞİD qrupunun Mosulda törətdiyi cinayətlərə görə bu qrupu cinayət işinə cəlb etməyə çağırıb.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, BMT İraq dövlətindən İŞİD terror qrupunun Mosulda törətdiyi hərbi cinayət, soyqırımı və qeyri-insani rəftarları barədə araşdırmalar aparmasını istəyib. 

BMT-yə görə Mosulda toqquşmalar nəticəsində 700 min insan didərgin düşüb. 

Terrorçu İŞİD qrupu 2014-cü ildə Amrika və onun müttəfiqlərinin maliyyə və hərbi himayəsi ilə İraqa hücum etdi və bu ölkənin böyük bir hissəsini işğal edərək orada çoxlu sayda cinayətlər törətdi. 

İraq ordusu xalq səfərbər qüvvələrinin dəstəyi və İran İslam Respublikasının hərbi məsləhət xidmətləri ilə öz ərazilərinin böyük hissəsini o sıradan da Mosul şəhərini İŞİD terrorçularının işğalından azad etdi və İŞİD-in işini demək olar ki bitirdi. 

Mosul İraqın ikinci ən böyük şəhəri olaraq cari il iyun ayında İŞİD terrorçularının işğalından azad edildi. 

Teqlər