İyun 29, 2020 20:34 Asia/Baku
  • Əfqanıstanın Helmand şəhərində mal-qara bazarına raket hücumu nəticəsində ən azı 23 nəfər həyatını itirib.

Əfqan hökumət rəsmiləri və Taliban tərəfindən verilən məlumatlara görə, Bazar ertəsi Helmand əyalətindəki mal-qara bazarı raket hücumuna məruz edilib, Nəticədə ən azı 23 mülki şəxs həlak olub, daha onlarla insan yaralanıb.

SəhərAzəri Reuters-ə istinadla xəbər verir, həm Taliban, həm də Əfqanıstan hökuməti Helmand əyalətinin “Səngin” rayonundakı mal-qara bazarına hücumda bir-birini günahlandırirlar. Məlumatlara görə həmin bazar yaxın ərazilərdən yüzlərlə kəndlinin öz qoyun və keçi kimi mal-qaralarını satmaq üçün toplaşdığı yer olub.
Bu barədə Helmand icra hakiminin nümayəndəsi belə deyib: “Taliban yaraqlılarının atdığı bir neçə raket bazarın yaxınlığına endi, Nəticədə uşaqlar da daxil olmaqla 23 mülki şəxs həlak oldu”.
Taliban nümayəndəsi Qari Yusuf Əhmədi də deyib: “Əfqanıstan ordusu mülki evlərə, eləcə də heyvandarlıq bazarına bir neçə minaatan mərmisi atıb ki nəticədə onlarla kənd sakini həyatını itirib.
Əfqanıstanın Helmand əyalətinin, Taliban tərəfindən idarə olunan baza kimi tanınan Helmənd əyaləti sakinlərindən bir neçəsi də bildirib ki, raket hücumu, bazarın ətrafındakı yaşayış məntəqələrində Taliban yaraqlıları ilə Əfqan hökumətinin təhlükəsizlik qüvvələri arasında baş verən ağır toqquşma zamanı baş verib.

Teqlər