İyul 24, 2020 20:21 Asia/Baku
  • BMT-dən ABŞ polisinin anti-rasist aksiyaçılara qarşı zorakılığının davam etməsi haqda xəbərdarlıq

BMT Amerikanın təhlükəsilzlik və polis qüvvələrinin anti-rasist aksiyaçılara qarşı zorakılığının davam etməsi haqda xəbərdarlıq edib və bu rəftarın dayandırılmasını istəyib.

SəhərAzəri xəbər veriri, BMT-nin insan haqları ofisinin sözçüsü Liz Trussel deyib ki, Amerikada dinc aksiyaçıların həbs olunmaları haqdakı məlumatlar narahatlıq doğurur.

Trussel bildirib ki, Amerikada anti-rasist aksiyalarda həbs olunanlar qanun nəzarətindən kənarda qərar tapırlar ki, bu məsələ özbaşına həbslərin və digər insan haqları pozuntularının artmasına səbəb ola bilər.

ABŞ-ın ədliyyə nazirliyi dünən bildirib ki, federal məmurların Portlend aksiyaçılarına qarşı zorakı hərəkətləri barədə təhqiqat aparacaq. Qeyd olunan gecə çaxnaşmalarında Portlendin meri Ted Viler gözyaşardıcı qazla hücuma məruz qalmışdı. Federal təhlükəsizlik qüvvələri ABŞ prezidentinin göstərişi ilə bu işə əl atmışdılar.

Mayın 25-də ağdərili amerikalı polis zabiti Corc Floyd adlı afroamerikalını Minnesota ştatının Minneapoliq şəhərində faciəli surətdə qətlə yetirdi. O zamandan bəri Amerika şəhərləri bu ölkə polisinin rasist hərəkətlərinə qarşı aksiyaların şahididirlər.

Teqlər