Avq 02, 2020 23:03 Asia/Baku
  • Ray Əl-Yəum: Hizbullahın

Livan Hizbullahının "sükut" taktikası İsrail rejimini çətin vəziyyətdə qoydu

SəhərAzəri-nin məlumatına görə, bunu Livanda çıxan Ray Əl-Yəum qəzeti yazıb. 

Qəzet yazır: İsrail rejimi 27 iyul tarixində Şəba zəmiləri istiqamətində bir qrup sionist rejim hərbçisi ilə Hizbullah mübarizləri arasında toqquşmanın baş verməsinə dair iddia ilə gündəmi qarışdırmağa çalışdı.

Ray Əl-Yəum yazır: İlk başda sionist rejimin baş naziri Benyamin Netanyahu İsrailin şimal sərhədlərində "mürəkkəb bir hadisə" yaşandığını iddia etdi. Ardınca sionist dairələr və medialar ziddiyyətli xəbərlər yaymağa başladılar. 

Bu medialar məlumatları İsrailin hərbi qaynaqlarından əldə edirdilər. 

Netanyahu bu qondarma və süni böhran ilə İsrail ictimaiyyətinin diqqətini özündən və daxili böhrandan yayındırmağa çalışmışdı. 

Sionist rejimin baş naziri İsrail hərbçiləri ilə Hizbullah arasında silahlı toqquşmanın baş verməsinə dair yalan informasiyalar yaymaqla diqqətləri daxili böhrandan qondarma xarici böhrana çəkmək, ictimai təzyiqlərdən xilas olmaq istəyirdi. Belə ki, işğal olunmuş ərazilərdə koronavirusun yayılmasının ardınca iqtisadi və ictimai problemlər də sürətlə artmağa, cinayət halları çoxalmağa başlayıb. Bu da Netanyahu əleyhinə daxili etirazların genişlənməsi ilə nəticələnib. 

Amma, Netanyahunun bu iddiasına rəğmən Livan Hizbullahının "sükut" taktikasından istifadə etməsi və heç bir reaksiya verməməsi Netanyahunun çaşqınlığına səbəb oldu. Sanki, sionist düşmənin "xəyali qüvvələr" ilə savaşını kənardan izləyən Livan Hizbullahının başçısı Seyid Həsən Nəsrullah və Hizbullah komandanları Netanyahunun çabalarına rişxəndlə gülürdülər. 

Belə ki, Hizbullahın "sükut" taktikası Netanyahu və İsrail ordusunun komandanlarını daha da qıcıqlandırır və onlar təzadlı fikirlər səsləndirməklə özlərini ifşa edirdilər. 

Bu arada Livan Hizbullahı öz qüvvələrinin işğal edilmiş Fələstin ərazilərinə daxil olması və sionist düşmən ilə toqquşmasına dair xəbərlərin yalan olduğuna dair də bir bəyanat yayıb. 

Teqlər