Yan 13, 2021 22:17 Asia/Baku
  • ÜST: nə koronavirus mutasiyaları, nə də vaksinlərin mövcudluğu adi təhlükəsizlik tədbirlərini ləğv etmir

Kimsə vaksinlərin peyda olunması ilə COVID-19 üzərində qələbənin artıq çox yaxın olduğunu düşünür. Kimsə, əksinə, yeni, daha yoluxucu koronavirus ştammları barədə öyrəndikdə ümidsizliyə qapılır.

SəhərAzəri xəbər verir, BMT-nin Xəbərlər Xidməti bildirib ki, ÜST ekspertlərinin sözlərinə görə, heç bir halda nə rahatlaşmaq, nə də təlaşa düşmək olmaz, artıq məlum olan təhlükəsizlik tədbirlərinə səbirlə və ciddi şəkildə riayət etmək lazımdır.

ÜST-nin Fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayanın sözlərinə görə, bu gün koronavirusun yeni variantlarının xəstəliyin daha ağır gedişatına gətirib çıxardığına dair sübutlar yoxdur. Bəzi məlumatlar onların daha asan ötürüldüyü və daha sürətli yayıldığından bəhs edir. Lakin Rayan hesab edir ki, bu, yeni, xüsusi tədbirlərin görülməsi zərurəti demək deyil və vəziyyəti futbol matçı ilə müqayisə edib.

“İkinci hissədə əvəzləmə tətbiq edildikdə oyunun qaydaları dəyişmir və futbolçular da eyni şəkildə oynayırlar. Sadəcə rəqib – bizim halda virus – onun oyununa əlavə enerji, yeni stimul verən yeni bir oyunçu əldə edir və bu, əlbəttə ki, məsələni çətinləşdirir, Lakin bu oyun qaydalarını heç bir şəkildə dəyişmir və biz, həmçinin qalib gəlmək üçün nə etmək lazım olduğunu dəqiq bilirik. Sadəcə olaraq, rəqibimiz daha güclü oldu və buna görə də səylərimizi ikiqat artırmalıyıq”, – deyə Rayan izah edib.

Teqlər