Apr 19, 2021 17:39 Asia/Baku
  • Ukrayna Qərbi dilemma qarşısında qoydu; Ya bizi NATO-ya qəbul edəcəksiz, ya da nüvə silahı hazırlayacağıq…

Ukrayna Qərbi dilemma qarşısında qoydu; Ya bizi NATO-ya qəbul edəcəksiz, ya da nüvə silahı hazırlayacağıq…

SəhərAzəri xəbər verir kia. Bu məlumata əsasən, Rusiya ilə Ukrayna arasında artan siyasi gərginlik hərbi miqyasda böyüməkdə davam etdiyi bir vaxtda, Ukrayna ölkənin müdafiəsi ilə bağlı NATO və Avropa Birliyinə xəbərdarlıq edib.

Beynəlxalq media xəbər verir ki, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik, Ukrayna NATO-ya qəbul edilmədiyi təqdirdə Rusiyaya qarşı özlərini qorunmaq üçün yenidən nüvə silahı əldə etmək məcburiyyətində qalacağını ifadə edib.

Səfir bildirib; "Ya NATO kimi bir ittifaqın bir parçası olub, Avropanın güclənməsinə öz töhfəmizi verərik, ya da yalnız bir seçimimiz var – öz gücümüzə silahlanmaq".

Ukraynanın yenidən nüvə silahı ölkəsi olmağı düşünə biləcəyini deyən səfir "təhlükəsizliyimizi başqa necə təmin edə bilərik?" deyə sual edib.

Xatırladaq ki, vaxtilə dünyanın üçüncü böyük nüvə arsenalına sahib olan Ukrayna ABŞ, Rusiya və İngiltərədən təhlükəsizlik zəmanəti aldıqdan sonra 1994-cü ildə nüvə başlıqlarından imtina etmişdi.

Teqlər