Sen 05, 2017 10:20 Asia/Baku
  • İranlı velosipedçi dünya reytinq cədvəlində ikinci olub
    İranlı velosipedçi dünya reytinq cədvəlində ikinci olub

İranlı velosipedçi Əmir Hüseyn Cəmşidyan Dünya Velosiped İdmanı Federasiyasının ən son reytinq cədvəlində "omnium" velosiped idmanı növü üzrə ikinci pilləyə yüksəlib.

"Omnium" velosiped idman növü 6 əsas elementdən ibarətdir. Bu növ üzrə yarışlar adətən 2 gün müddətinə keçirilir. Yekun nəticə isə idmançının təyin edilmiş 6 elementin hər birindən ayrı-ayrılıqda topladığı xalların cəmlənməsi ilə hesablanır. 

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Dünya Velosiped İdmanı Federasiyasının ən son reytinq cədvəlində "omnium" idmanı növü üzrə ilk yer Cənubi Afrikalı velosipedçiyə aiddir. 

Cəmşidiyan bu göstəriciyə nail olmaqla İran üçün ilk dəfə olaraq belə bir ünvanı qazandırmış olub. 

Cəmişidiyan ötən həftə də gənclər arası dünya çempionatına iştirak edərək, 5-ci olmuşdu. 

Teqlər