May 01, 2018 16:34 Asia/Baku
  • Cənub qütbünün aysberqləri Cənubi Afrikaya gətirilir
    Cənub qütbünün aysberqləri Cənubi Afrikaya gətirilir

Araşdırmaçılar Keyp Taunda su çatışmazlığını həll etmək məqsədilə cənub qütbünün aysberqlərini Cənubi Afrikaya gətirirlər.

Ətraf mühitin xilası fəallarından Nik Slone deyib: Bu aysberqlər böyük hissələrə parçalanacaq və müxtəlif sahillərə nəql olunacaq. Belə ki, dövlət və özəl sektorda ehtiyac duyulan milyonlarla litr su təmin olunacaq.

O əlavə edib: Bu böyük layihənin icra olunması ilə su çatışmazlığı böhranını aradan qaldırmaq üçün başqa həll yolu olmadığı halda, bu layihənin uğurlu olacağını elan etmək istəyirik.

Cənubi Afrika Respublikası rəsmiləri içməli su istifadəsini yaxşılaşdırmaq üçün müraciətlər edərək Keyp Taunda çox sərt qaydalar tətbiq ediblər.

Teqlər