Yan 05, 2019 09:29 Asia/Baku
  • İranlı şahmatçı sionist rejimin təmsilçisi ilə rəqabətdən çəkinib
    İranlı şahmatçı sionist rejimin təmsilçisi ilə rəqabətdən çəkinib

İranlı şahmatçı sionist rejimin təmsilçisi ilə rəqabətdən çəkinib

İsveçin Rilton sürətli yarışlarında iştirak edən iranlı şahmatçı Ariyən Qulami 7 bal toplayaraq ikinci yeri tutub.

7-ci mərhələyədək qələbə çalan bu iranlı şahmatçı 7-ci mərhələdə sionist rejimin təmsilçisi ilə qarşılaşmaqdan çəkinib və bir bal itirərək ikinci yeri tutub. 

Ariyən Qulami 9-cu mərhələdə isə Fransa qarşısında məğlub olub və rəqabətləri 7 balla bitirərək ikinci yerə layiq görülüb. 

Fransa təmsilçisi 8 balla çempion adını qazanıb, sionist rejimin nümayəndəsi isə üçüncü yerdə durub.

İran İslam Respublikası sionist rejimi rəsmən tanımır və bu prinsipial siyasət çərçivəsində iranlı idmançılar dünya çempionatlarında sionist rejim təmsilçiləri ilə üzləşdikdə , Fələstin amallarına dəstək naminə onlarla rəqabətdən çəkinirlər. 

Teqlər