May 11, 2019 21:29 Asia/Baku
  • İranlı tələbə qızlar Asiya basketbol yarışlarında ikinci oldular
    İranlı tələbə qızlar Asiya basketbol yarışlarında ikinci oldular

İranın tələbə qızlardan ibarət üç nəfərlik basketbol komandası 5-ci Tələbələrarası Asiya Çempionatında ikinci olub.

İranın tələbə qızlardan ibarət üç nəfərlik komandası basketbol üzrə 5-ci Asiya çempionatının final görüşündə Tayvan koandasına məğlub olaraq, ikinci olub. 

Tayvanın ikinci komandası da Çin komandası üzərində qələbə çalaraq, üçüncü olub. 

İranın tələbələrdən ibarət basketbol komandası Asiya ikincisi olmaqla yanaşı, Dünya Basketbol Liqasında iştiraka vəsiqə əldə edib. 

5-ci Tələbələrarası Asiya Basketbol Çempionatı 6 may tarixində Tayvanın Kinmen şəhərində start götürmüşdü və bu gün çempionat öz işini başa vurdu.