Noy 05, 2019 16:22 Asia/Baku
  • Şanxay idxalat sərgisi, iranlı iş adamları üçün bir fürsət
    Şanxay idxalat sərgisi, iranlı iş adamları üçün bir fürsət

İkinci və ən böyük Çin beynəlxalq idxalat sərgisi İran İslam Respublikası daxil olmaqla 150-dən çox ölkənin iştirakı ilə noyabrın beşindən etibarən, bir həftə müddətinədək Çinin Şanxay şəhərində keçirilir.

Ən böyik Şanxay idxalat sərgisi Çinin azad ticarətin irəlilədilməsi və çoxtərəfli ticarəti himayə istiqamətindəki davamlı mövqeyini nümayiş etdirir.

İranın sənaye, mədən və ticarət naziri cənab Rəhmani bazar ertəsi günü bu sərgidə olmaq üçün Çinin Şanxay şəhərinə səfər edibdir.

Rəhmani: Çin dünyanın müxtəlif nöqtələrindən iki trilyon dollar dəyərində əmtəə mal idxal edir. Bu, bizim ölkəmiz kimi bir ölkə üçün misilsiz bir potensialdır.

Sərgidə Çindən və digər ölkələrdən olan 4 mindən çox müəssisə öz məhsullarını nümayiş etdirir.

İranın sənaye, mədən və ticarət naziri bazar ertəsi günü axşam Belarusun kənd təssərüfatı və ərzaq naziri Anatoli Xodkonun başçılıq etdiyi bu ölkənin nümayəndə heyətilə görüşüb.

Rəhmani: Ümid edirəm ki, bu il bu sərgidə iştirak etməyimiz  ən azı İran ixracatçılarına belə bir güclü bazarın olması barədə fikir verə bilsin. Mənə verilən məlumata görə, prezidentlər, vitse-prezidentlər və nazirlər bu tədbirdə iştirak edirlər.

Bu sərgi beynəlxalq inkişaf tarixi istiqamətində atılan böyük bir addım hesab olunur.