Noy 07, 2019 17:37 Asia/Baku
  • Qaçmaq ölüm təhlükəsini azaldır
    Qaçmaq ölüm təhlükəsini azaldır

İngiltərədə tədqiqatçılar bildiriblər ki, hər miqdarda olursa-olsun, qaçmaq nəzərəçarpacaq dərəcədə ölüm təhlükəsini azaldır.

Tədqiqatçıların ömrü boyu qaçış idmanı ilə məşğul olmuş 230 min nəfərin sağlamlığı üzərindəki 35 illik araşdırmalarının nəticələri göstərir ki, hər miqdarda olursa-olsun, qaçmaq, şəxsin ölüm təhlükəsini təqribən 27 faiz azaldır.

Paris universitetində tibb elmləri tədqiqatçıları da bildiriblər ki, bəzi bədən fəaliyyətləri ola bilsin, ürək-damar sisteminin sağlamlığı üçün münasib olmasın.

Araşdırmaçılar belə bir qənaətə gəliblər ki, gündəlik müntəzəm idman ürək-damar sisteminin sağlamlığına böyük köməklik göstərir, halbuki iş mühitində ağır cisimlərin qaldırılması kimi fəaliyyətlər ürək ritmində pozuntularla müşayiət olunur və ürək-damar sisteminin sağlamlığı üçün təhlükəli sayılır.

Ürək-damar xəstəlikləri bütün dünyada ölüm ilə nəticələnən amillərin başında durur, lakin bu xəstəliklərdən irəli gələn ölüm hallarından bir çoxunun meydana gəlməsinin qarşısını almaq olar.