Noy 17, 2019 09:18 Asia/Baku
  • İranlı qadın ştangistlərin beynəlxalq yarışlardakı ilk medalı
    İranlı qadın ştangistlərin beynəlxalq yarışlardakı ilk medalı

İranın ağırlıqqaldırma üzrə yığma komandasının üzvü xanım Seyyed Elham Hoseyni iranlı qadın ştangistlərin beynəlxalq yarışlardakı ilk medalını qazanmağa müvəffəq olub.

Seyyed Elham Hoseyni dünən gecə Türkiyədə keçirilən “Nəim Süleymanoğlu” kuboku yarışlarının ilk günündə 76 kiloqram çəki dərəcəsində bu yarışların bürünc medalını qazanaraq, adını tarixdə qeydə aldırıbdır.

Bu qrupda Türkmənistan və Türkiyədən olan qadın ağırlıqqaldıranlar birinci və ikinci olublar.

“Nəim Süleymanoğlu” kuboku uğrunda beynəlxalq yarışlar noyabrın 15-dən 17-dək Türkiyənin Qaziantep şəhərində keçirilməkdədir.

Qeyd olunan yarışlar 2020-ci il Tokio olimpiya oyunları üçün seçmə yarışları hesab olunur.

 

Teqlər